Yay meyvələrində gizli təhlükələr – mütəxəssisdən XƏBƏRDARLIQ
Yay aylarında ən çox istehlak edilən meyvələrdən olan qarpız və yemiş bəzi hallarda sağlamlıq üçün risklər yarada bilər.
Qida üzrə mütəxəssis Fərid Səfərovun BAKU.WS-ə verdiyi açıqlamada bu meyvələrin düzgün seçilmədikdə və istifadə edilmədikdə ciddi bakterioloji və kimyəvi təhlükələr daşıya biləcəyi bildirilib.
Mütəxəssisin sözlərinə görə, qarpız və yemişdə bakterioloji risklər əsasən torpaq və suyun çirklənməsi, gübrə və peyin qalıqları ilə təmas, eləcə də meyvənin çatlaması və zədələnməsi nəticəsində yaranır:
"Xüsusilə yuyulmadan kəsilən qarpızlarda bakteriyalar – Salmonella, E. coli və Listeria kimi infeksiyalar içərisinə keçə bilər. Bu isə qida zəhərlənməsi riskini artırır.
Torpağa və yarpaqlara səpilən kimyəvi maddələrin qalıqları bəzi hallarda meyvənin qabığında, nadir hallarda isə iç hissəsində toplanır.
Süni parıltılı, çox iri ölçülü və dadı, qoxusu qeyri-adi olan qarpız və yemişlərdə kimyəvi maddələrin izləri ola bilər. Bu səbəbdən, mümkün qədər sertifikatlı və laboratoriyadan keçmiş məhsullara üstünlük verilməlidir".
Mütəxəssis bazarda qarpız seçimi ilə bağlı da vacib məqamlara toxunub. Onun fikrincə, "döyməklə" səsə qulaq asmaq və saplağa baxmaq xalq arasında geniş yayılsa da, bunlar elmi baxımdan təsdiqlənmiş üsullar deyil:
"Ən düzgün seçim kəsilmiş qarpızın daxili görünüşünə, zolaqların sıxlığına və rənginə əsaslanmalıdır. Sarı və qurumuş saplaq isə meyvənin yetkin olduğunu göstərə bilər.
Bazarda satılan çox iri və parlaq qarpızların hamısı təbii yolla yetişdirilmir. Bəzilərinə böyümə hormonları, artırıcı gübrələr və pestisidlər vurula bilər. Ən sağlam seçim orta ölçülü, təbii rəngli və çatlamamış qarpız almaqdır. Həddindən artıq parlaq və iri görünən meyvələrdən uzaq durmaq tövsiyə olunur".
Fərid Səfərov bildirib ki, qarpız və yemiş düzgün seçilərsə və gigiyenik şəkildə istifadə olunarsa, həm dadlı, həm də faydalı meyvə olaraq yay aylarında əvəzsizdir. Amma diqqətsiz seçim sağlamlıq problemlərinə yol aça bilər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qarpız və yemiş hər bədənə eyni təsir etmir – XƏBƏRDARLIQ
Restoranlarda qida TƏHLÜKƏSİ: Zəhərlənməmək üçün nə etmək lazımdır?
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək













