Müctəba Xamenei: İran HDQ ABŞ və İsrailə yeni məğlubiyyət yaşatmağa hazırdır
İranın ali rəhbəri Müctəba Xamenei ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazır olduğunu bildirib.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, Xameneinin bu barədə fikirləri ordunun yaradılmasının ildönümü münasibətilə ünvanlandığı müraciətdə öz əksini tapıb.
"İran HDQ ABŞ və İsrailə yenə məğlubiyyət yaşatmağa hazırdır", - müraciətdə qeyd olunub.
M. Xamenei bildirib ki, İran ordusu hər iki ölkənin silahlı qüvvələrinə qarşı müharibə aparmaq gücündədir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-3
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub













