Xalq artisti Maqsud Məmmədov vəfat edib
Xalq artisti Maqsud Məmmədov vəfat edib.
"Far.Az" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib.
Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.
Erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib.
O, 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.
Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid ("Qu gölü"), Albert ("Jizel"), Bazil ("Don Kixot"), Polad ("Qız qalası"), Azad ("Gülşən), Fərhad ("Məhəbbət əfsanəsi"), Lenni ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.
Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri", "Kaleydoskop", Rauf Hacıyevin "Azərbaycan süitası", Nazim Əlivedibəyovun "Muğam", Aqşin Əlizadənin "Babək" baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.
Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
İttihamlar, ədavət və məhkəmə predmeti: Opera və Balet Teatrında nə baş verir? – ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
-
Kolumbiya "Amerika qalxanı" alyansına qoşulacaq
-
"Kürü keçək?! 5" üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib
-
Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq
-
Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
-
Hormonal pozuntuların əsas əlamətləri hansılardır?













