Sarp Levendoğlu: "Ucuz insanların bahalı şeylərdən xoşu gəlir"
Far.Az xəbər saytı

Sarp Levendoğlu: "Ucuz insanların bahalı şeylərdən xoşu gəlir"


Aktyor Sarp Levendoğlunun yeni açıqlaması müzakirələrə səbəb olub. 

Far.Az xəbər verir ki, hazırda Datçada (Türkiyənin Muğla şəhərində bölgə) yaşayan Sarp "Ucuz insanların bahalı şeylərdən xoşu gəlir" deyə qalmaqallı fikirlər səsləndirib.

"Daha bir otağım olsa neynəyəksən ki? Başqa otağım da var deyəcəm insanlara? Ucuz insanlar bahalı şeyləri sevirlər. Lakin onlar;n ehtiyac duyduğu şeylər başqaları üçündür. İkinci ev, ikinci maşın, geniş malikanə, boş otaqlar - bunlar hamısı başqasına özünü göstərmək üçündür. 5 otaqlı evdə yaşayırsınız, neçə nəfərsiniz, iki... Evimiz əslində 40 kvadratmetr deyil, Datça yarımadası böyüklüyündədir.  Dostlarımla bağda otururuq, burada gəzirik, qaçırıq. 

Çöldə mətbəxdə 30 nəfərlik yemək bişirə bilərik. Burada çox dəbdəbəli maşına minmək bir az kobudluqdur. Çünki buradakı yollar buna uyğun deyil".

Onun bu açıqlaması bəzi sosial şbəkə istifadəçilərinin narazılığına səbəb olub. İzləyicilər geniş evi göstəriş üçün deyil də rahat yaşamaq üçün nəzərdə tutduqlarını bildiriblər. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər