Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var?
Far.Az xəbər saytı

Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var?


Cəmi 8 yaşı var, artıq özünəməxsus yaradıcılıq dünyası və böyük hədəfləri ilə seçilir. Rza Zeynal İncəsənət Gimnaziyasının ikinci sinfində rəssamlıq üzrə təhsil alır.

O, hələ 4 yaşından rəsm çəkməyə başlayıb. İllər keçdikcə bu maraq onun həyatının ayrılmaz hissəsinə çevrilib. Rza daha çox təbiət mənzərələrini çəkməyi sevir.

Gəzintilər zamanı gördüyü körpüləri, çayları, dağları və ağacları yaddaşında saxlayaraq sonradan kağız üzərinə köçürür. Rənglərə xüsusi marağı olan balaca rəssamın sevimliləri arasında yaşıl, göy, qara, ağ və tünd göy rənglər var.

Onun ən böyük arzusu tanınmış rəssam olmaq və ABŞ-də öz sərgisini açmaqdır. Rza artıq beynəlxalq sərgidə iştirak edib: İtaliyada keçirilən sərgidə nümayiş olunan əsərinə görə sertifikat da qazanıb.

Rzanın müəllimi Nəsibə Əsgərovanın sözlərinə görə, onun rəssamlıq qabiliyyəti ilk tanışlıqdan özünü göstərib. İlk dərsdə ona hazır mövzu təqdim edilməyib, əksinə, sərbəst şəkildə öz düşüncələrini təsvir etmək təklif olunub.

Rza isə hər dəfə təbiət mənzərələrinə müraciət edib. Məhz bu rəsmlər vasitəsilə müəllimi onun daxili dünyasını və yaradıcılıq istiqamətini kəşf edib.

İndi balaca rəssamın əsas məqsədi əsərlərini daha geniş auditoriyaya təqdim etmək, beynəlxalq sərgilərdə iştirakını davam etdirmək və yaradıcılığını dünyaya tanıtmaqdır.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər