"Komediya filmlərimiz "şit"dir" – Kinoşünasdan yerli filmlərlə bağlı TƏNQİD
Yerli kino sənayesində həm rejissor, həm də aktyor kimi tanınan Əlixan Rəcəbov, Taleh Yüzbəyov və Azər Aydəmirin işləri müsbət qiymətləndirilir. Lakin janr baxımından yerli filmlərdə ciddi problemlər qalmaqdadır.
Bu barədə kinoşünas Sədaqət Kamal BAKU.WS-ə açıqlama verib.
O bildirib ki, Azərbaycanda komediya janrı hələ də formalaşmayıb və əksər komediya filmləri tamaşaçılar tərəfindən "şit" hesab olunur:
"Komediya aktyorlarımız var, amma normal komediya filmi yoxdur. Janr olaraq dram, kriminal və müharibə mövzuları bizdə daha yaxşı alınır. Son günlərdə yerli kinematoqrafiya ilə bağlı vəziyyət o həddə çatdı ki, bir rejissor döyüldü. Bu, artıq ciddi siqnaldır".
Sədaqət Kamal hesab edir ki, Azərbaycan kino sənayesi xarici bazara çıxmaq istəyirsə, bunu kriminal janrı ilə etməlidir:
"Dünyada da kriminal ən çox izlənən janrlardandır. Məsələn, "Squid Game" buna bariz nümunədir. Bizdə isə bu janrın problemi ondadır ki, onu çox ciddi qəbul edirlər. Halbuki, texniki imkanlar az-çox mövcuddur. Əlixan Rəcəbov 'Alatava'nı öz hesabına çəkdi. Sponsor problemi ciddi şəkildə hiss olunur. Mövcud olan sponsorlar da yalnız komediya filmlərinə üz tutur".
Kinoşünas əlavə edib ki, texniki baxımdan bəzi prodakşnlarda lazım olan avadanlıqlar olsa da, ümumilikdə maliyyə və janr seçimi problemi Azərbaycan kinosunun inkişafını əngəlləyir:
"Tarixi film, keyfiyyətli komediya bizdə hələ ki, alınmır. Yalnız kriminal, dram və müharibə mövzuları daha uğurlu alınır".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sənubər İsgəndərli: Sənətdən başı çıxmadan rəy vermək divanda oturub Messiyə irad tutmağa bənzəyir - MÜSAHİBƏ
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













