Dövlət qurumlarının sistemindəki problem həll edildi - RƏSMİ AÇIQLAMA
Məzuniyyət ödənişlərinin verilməsi ilə bağlı sistemdə yaranmış problem həll olunub.
Bu barədə şikayətçi Qumru Nəbiyeva BAKU.WS-ə danışarkən bildirib.
O, qeyd edib ki, problemin həlli ilə bağlı xəstəxanadan məlumat verilib.
***16:13
Azərbaycanda analıq məzuniyyətinə çıxan qadın 1 aydan artıqdır ki, ödənişini ala bilmir.
Bu barədə şikayətlə vətəndaş Qumru Nəbiyeva BAKU.WS-in redaksiyasına müraciət edib.
O, bildirib ki, 20 may 2025-ci il tarixində analıq məzuniyyətinə çıxıb. Səhiyyə Nazirliyinin sistemində xəstəlik vərəqəsində "TSEK müayinəsindən imtina – Bəli" qeyd edildiyi üçün Dövlət Sosial Müdafiə Fondu (DSMF) sənədi geri qaytarır və məzuniyyət pulunu ödəməkdən imtina edir.
Şikayətçi onu da vurğulayıb ki, hazırda sözügedən vəziyyətlə üzləşən onlarla qadın var:
"Səhiyyə Nazirliyindən xəstəxana işçilərinə verilən məlumata görə, təlim keçirilib və qeyd edilib ki orada "Bəli" yazılsın, Onlar da elə qeyd ediblər. Daha sonra Səhiyyə Nazirliyi onlayn rejimə keçid edib, heç bir sənəd üçün "düzəliş" düyməsini aktivləşdirilməyib. Xəstəxana işçisi də arayışa düzəliş edə bilmir. Hər gün bu gün sabah düzələcək deyirlər".
Problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda səhv tərtib olunmuş elektron xəstəlik vərəqələrinə düzəlişlərin edilməsi prosesi başlanılıb:
"Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sistemi"ndə tərtibat zamanı yol verilmiş texniki və ya digər xarakterli səhvlərlə bağlı həmin sənədlərin ləğv edilərək yenidən tərtib olunması, habelə bu vərəqələrin Dövlət Sosial Müdafiə Fondu (DSMF) və ya sığortaedən orqanlar tərəfindən təkrar icraya qəbul edilməsi hazırda qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulmayıb. Lakin vətəndaş müraciətləri və praktiki ehtiyaclar nəzərə alınaraq, belə halların aradan qaldırılması məqsədilə Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən düzəlişetmə mexanizmi hazırlanıb və aidiyyəti üzrə müvafiq dövlət qurumları ilə razılaşdırılıb".
"Hazırda səhv tərtib olunmuş elektron xəstəlik vərəqələrinə düzəlişlərin edilməsi prosesi başlanılıb. Bu məqsədlə tibb müəssisələri tərəfindən təqdim edilən siyahılar əsasında texniki və inzibati prosedurlar həyata keçirilir.
Səhiyyə Nazirliyi və digər əlaqədar qurumlar vətəndaşların hüquqlarının qorunmasını və belə halların sistematik şəkildə aradan qaldırılmasını təmin etmək məqsədilə işləri davam etdirir", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Dövlət qurumlarının sistemində problem, qadın doğuma görə müavinəti ala bilmir - ŞİKAYƏT/RƏSMİ AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













