Bakı və Abşeronda may ayı üçün yağıntının miqdarına görə çoxillik rekord qeydə alınır
Far.Az xəbər saytı

Bakı və Abşeronda may ayı üçün yağıntının miqdarına görə çoxillik rekord qeydə alınır


Bakı və Abşeronda may ayı üçün yağıntının miqdarına görə çoxillik rekord qeydə alınır.

"Far.Az" xəbər verir ki, hazırda Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı 70-103 mm qeydə alınır ki, bu aylıq normanın 355-523 % -ni təşkil edir.

Qeyd edək ki, 1963-cü ilin may ayında Bakı şəhərində yağıntıların miqdarı 106 mm-ə çatıb ki, bu da çoxillik normadan 5,4 dəfə çox olub.

2010-cu ildə sutka ərzində düşən yağıntının miqdarı 29 mm, (aylıq normanın 147%-i), ay ərzində 39 mm (aylıq normanın 200%-i), 2024-cü ildə sutka ərzində düşən yağıntının 20 mm (aylıq normanın 102%-i), ay ərzində isə 33 mm (aylıq normanın 167%-i), 2025-ci ildə sutka ərzində düşən yağıntının miqdarı 6 mm (aylıq normanın 30%-i), ay ərzində isə 9 mm (aylıq normanın 46%-i) təşkil edib.

Oxşar xəbərlər

"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək" ticarət mərkəzindəki yanğın məhdudlaşıdırılıb
"Sədərək"dəki yanğın baş verən ərazidən SON GÖRÜNTÜLƏR
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər