DİM ümumi orta təhsil bazasında növbəti imtahanlar keçirib, 1 nəfərdə telefon aşkarlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən və ya tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.
DİM-dən "Report"a verilən məlumata görə, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunub.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.
Ümumilikdə imtahanların idarə olunmasına 33 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 699 nəzarətçi, 94 buraxılış rejimi əməkdaşı və 33 bina nümayəndəsi ayrılıb.
Mayın 18-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
Oxşar xəbərlər
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
DİM tərəfindən yeddi imtahan keçirilib, doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB
Buraxılış imtahanında dörd nəfərdə mobil telefon aşkarlanıb
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













