Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi
Far.Az xəbər saytı

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi


Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi istiqamətində səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfərin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120 000 manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Elçin Bayram oğlu Təhməzovun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib. Bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslərdən biri - Ramil Məmmədov artıq 13 iyun 2025-ci il tarixində Bosniya və Herseqovinadan ölkəmizə gətirilərək istintaq orqanına təhvil verilib.

Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxslərin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Elçin Təhməzov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən Sarayevo şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Penitensiar Xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Oxşar xəbərlər

Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda 1.2 milyon manat dələduzluqda ittiham olunan sahibkar: "Əti maaş əvəzinə paylayıblar"
Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər