"Mahir Ay Brat" azadlığa buraxıldı
Bir müddət əvvəl həbs edilən meyxanaçı "Mahir Ay Brat" ləqəbli Mahir Qonşuyev azadlığa buraxılıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsas gətirərək ona yenidən elektron qolbaq tətbiq edib və məhkəmə zalından azad edib.
Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından azadlığa buraxılmışdı.
Bir müddət əvvəl isə Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













