Bakıda Qlobal Cənubun QHT Platformasının strukturu barədə çərçivə sənədi qəbul edilib
Bakıda Qlobal Cənubun QHT Platformasının institusional strukturu və operativ mexanizmləri haqqında çərçivə sənədi qəbul edilib.
"Far.Az"un məlumatına görə, qərar Platformanın I Baş Assambleyası zamanı qəbul edilib.
İclasda çərçivə sənədi üzərində işin uğurla başa çatdırıldığı qeyd olunub. Sənəd iştirakçı təşkilatlar tərəfindən bəyənilib və platformanın idarəetmə strukturunu, eləcə də fəaliyyətini müəyyən edən əsas normativ akt kimi rəsmi şəkildə qəbul edilib.
Sənəd həmçinin Baş katibin və onun müavininin seçilməsini, təyin olunmasını təsdiq edir. Onlar müəyyən edilmiş reqlamentə uyğun olaraq öz vəzifələrinin icrasına rəsmən başlayacaqlar.
Bundan əlavə, Baş Assambleya tərəfindən işçi qruplarına platformanın tam fəaliyyətə başlamasını təmin etmək üçün yaxın aylarda əməliyyat təkliflərini hazırlamaq və işə salmaq tapşırılıb.
Oxşar xəbərlər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
WUF13 rəsmisi: Dünyada 3,3 milyard insan yaşayış yeri problemi ilə üz-üzədir













