Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb
Rusiyanın Orenburq şəhərində kriminal iyerarxiyada yüksək mövqe tutmaq iddiası ilə ittiham olunan azərbaycanlı, Zaur adlı şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları onun "qanuni oğru" statusuna malik olduğunu hesab edir.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs "qanuni oğru" statusuna malikdir. Onun tam adı açıqlanmasa da, Lenin Rayon Məhkəməsinin məlumatlarına əsasən, söhbət 39 yaşlı Orenburq doğumlu, daha çox "Zaur Naxçıvanski" ləqəbi ilə tanınan Zaur Şipilovdan gedir.
KİV-in iddiasına görə, o, 27 yaşında Türkiyədə "taclandırılıb" və kriminal aləmdə tanınmış şəxslərdən biri olan Bayram Talıbovun oğludur. Bayram Talıbov 2006-cı ildə Moskvada "qanuni oğru" Hikmət Muxtarovla birlikdə güllələnərək öldürülüb.
İddia edilir ki, pasport məlumatlarına görə, onun tam adı Zaur Bayramoviç Şipilovdur.
4 iyul 2025-ci il tarixində Lenin Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçəcək. Rəsmi məlumata görə, ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi - "Cinayət iyerarxiyasında yüksək mövqe tutma" maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Daxili İşlər Nazirliyinin regional idarəsi bildirir ki, şübhəli şəxs əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunub, regionda cinayətkar fəaliyyəti nəzarətdə saxlayıb, qeyri-qanuni yığıncaqlarda iştirak edib və kriminal ənənələri dəstəkləyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə
-
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib













