Məleykə Abbaszadə: Bir sıra onlayn beynəlxalq imtahanlarda dələduzluq hallarına rast gəlinir
Kontingenti (imtahan verənlər – red.) 10 mindən çox olmayan imtahanları gələn ildən etibarən tam şəkildə elektron formada keçirməyi nəzərdə tutulur.
Far.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi ilə bağlı keçirilən tədbirdə deyib.
M.Abbaszadə əlavə edib ki, kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərindən təşkil olunacaq:
Onun sözlərinə görə, qarşıdakı beş il ərzində bütün imtahanların elektron formata keçirilməsi nəzərdə tutulur:
"Bu, bir tərəfdən müsbət haldır, digər tərəfdən isə bəzi çətinliklər yarada bilər. Elektron imtahanlarla bağlı problemlər təkcə bizdə deyil, bütün dünyada mövcuddur. Hazırda bir sıra beynəlxalq imtahanlar onlayn keçirilir və biz bilirik ki, həmin imtahanlarda dələduzluq hallarına rast gəlinir. Bu imtahanlar nəticəsində əldə olunan sertifikatlara tam etibar etmək olmur. Belə halları ötən il də, bu il də aşkarlamışıq. İstəmirik ki, bizim imtahan sistemində də bu cür hallar yaşansın. Buna görə də mərhələli və ehtiyatlı şəkildə addımlar atırıq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bu gün 54 247 abituriyent üçün imtahan keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













