Azərbaycan Türkiyəyə 9 ayda 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Hesabata əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8 % az olub.
Bu ilin sentyabr ayında isə Azərbaycandan Türkiyəyə cəmi 867,12 milyon kubmetr təbii qaz tədarük edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,51 % azdır.
Beləliklə, sentyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz təchiz edən ölkələr sırasında ikinci pillədə qərarlaşıb. Türkiyənin ümumi təbii qaz idxalında Azərbaycanın payı 32,29 % təşkil edib.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 958,25 min kubmetr təbii qaz ixrac edib.
Təkcə sentyabr ayı ərzində Türkiyə ümumilikdə 2 milyard 685,29 milyon kubmetr təbii qaz alıb ki, bu da 2025-ci ilin həmin dövrünün göstəricisi ilə müqayisədə 25,52 % azalma deməkdir.
Həmin ayda Türkiyəyə boru kəmərləri ilə 2 milyard 495,11 milyon kubmetr (-92,92 %) qaz çatdırılıb, 190,18 milyon kubmetr (-7,08 %) isə mayeləşdirilmiş təbii qaz şəklində idxal edilib.
Sentyabrda Türkiyəyə təbii qaz tədarükündə lider mövqeyi Rusiya tutub. Ay ərzində bu ölkədən Türkiyəyə 967,76 milyon kubmetr təbii qaz nəql olunub. Bu rəqəm 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 33,12 % azalma nümayiş etdirib.
Hesabat dövründə üçüncü mövqeni İran tutub. İran həmin ay ərzində Türkiyəyə 660,22 milyon kubmetr qaz göndərib. İllik müqayisədə İrandan Türkiyəyə qaz tədarükü 18,23 % azalıb.
Xatırladaq ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan təbii qaz ötürülür. Qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyəyə 2007-ci ildə daxil olub. TANAP üzrə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da start verilib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın Suriyaya ixrac etdiyi qazın həcmi açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













