Bu gün Aşura günüdür
Bu gün Aşura günüdür.
Far.Az xatırladır ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.
Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü iyulun 5-nə təsadüf edib.
Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.
Vətəndaşlar paytaxt Bakıda "Təzə Pir", "Əjdərbəy", "Sahib-Əz-Zaman", "Şah Abbas", "Qaraçuxur", "İmam Əli", "İmam Rza" məscidlərində, "Bibiheybət" məscid ziyarətgahında və "Mir Mövsüm Ağa" ziyarətgah kompleksində qan verə bilərlər.
Bölgələrdə isə Şuşa şəhər "Yuxarı Gövhər ağa", Ağdam şəhər "Cümə", Mingəçevir şəhər "Heydər", Sumqayıt şəhər "Cümə", Şəki şəhər "İmam Əli", Masallı şəhər "Cümə", Göyçay şəhər "Əbülfəzlil Abbas", Salyan şəhər Mərkəzi "Hacı Tağı", Naxçıvan şəhər "Heydər", "Sarvanlar", "Pirqəmiş" və Şirvan şəhər məscidlərində, Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksində, Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahında, Mərkəzi Qan Bankının Lənkəran və Quba bölmələrində, Masallı rayonunun Boradigah qəsəbə xəstəxanasında, Xaçmaz, Babək, Ordubad, Culfa, Şahbuz, Sədərək, Kəngərli, Şərur Rayon Mərkəzi xəstəxanalarında, Babək rayon Qahab, Cəhri, Nehrəm və Culfa rayon Bənəniyar kənd tibb məntəqələrində qanvermə aksiyaları təşkil edilib.
Qanvermə aksiyaları Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır.
Aksiyalar zamanı toplanan qan hemofiliya və talassemiyadan, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, bu il Məhərrəm ayı iyunun 26-da başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır













