Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyasının mükafatına layiq görülüb
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib elan edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə yol infrastrukturu yüksək keyfiyyətlə və müasir tələblərə cavab verən səviyyədə inşa edilir. İyulun 3-də Prezident İlham Əliyev tərəfindən açılışı baş tutan Əhmədbəyli-Füzuli-Şuşa yolu da bunlardan biridir.
"Yeni istifadəyə verilən yol "Zəfər yolu"na alternativdir, həm də nisbətən qısa yoldur. Yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb", - Ə.Hüseynov deyib.
AAYDA rəsmisi vurğulayıb ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.
Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb













