Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
Far.Az xəbər saytı

Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb


Azərbaycan ilə Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qrupları yaradılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyanın Dublin şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü zamanı danışılıb.

Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.

Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər