Astarada pir yandı
Astarada qəbiristanlıqda yanğın baş verib.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.
Anidən qəbiristanlıq ərazisində quru ot kütləsinin alovlanması nəticəsində yanğın sürətlə genişlənib.
Yanğın zamanı Seyid Əhməd piri kimi tanınan tikilinin bir hissəsi də alovdan zərər görüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yerli sakinlərin də fəal iştirakı ilə alov qısa müddətdə lokallaşdırılıb.
Buna baxmayaraq, təxminən 2 hektara yaxın sahədə ot örtüyü və qəbiristanlıq zərər çəkib. Pirin bir hissəsi yanıb, lakin yanğının ətrafdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hazırda ərazidə soyutma və nəzarət işləri aparılır. Yanğının baş vermə səbəbi araşdırılır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın görkəmli xanəndəsi Seyid Şuşinskinin doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













