Yayın ən qaynar transferləri - Kimlər hara getdi?
Far.Az xəbər saytı

Yayın ən qaynar transferləri - Kimlər hara getdi?


2025-ci ilin yay ayları futbol dünyasında olduqca həyəcanlı keçir. Dünyanın müxtəlif komandaları heyətlərini gücləndirmək, uğur qazanmaq və rəqiblərinə üstünlük əldə etmək üçün bir-birindən maraqlı transferlərə imza atırlar. 

Far.Az yayın indiyədək olan ən çox danışılan, diqqət çəkən və yaddaqalan futbolçu transferlərini təqdim edir.

Yayın ən bahalı keçidinə "Arsenal" imza atıb.  Belə ki, "topçular" "Real Sosyedad"ın 26 yaşlı yarımmüdafiəçisi Martin Zubimendini heyətinə qatıb. Futbolçu 70 milyon avro qarşılığında "Arsenal"la 5 illik müqavilə bağlayıb. 

Növbəti bahalı transfer isə "Çelsi" klubunun adı ilə bağlıdır. "Zadəganlar" "Borussia Dortmund"un hücumçusu Ceymi Gittens ilə 64.3 milyon avro qarşılığında 2032-ci ilin yayına qədər müqavilə imzalayıb.

İlk üçlüyü Rusiyanın "Zenit" klubu tamamlayıb. Komanda 25 milyon avro qarşılığında Braziliyanın "Flamengo" klubundan Gersonu transfer edib. 

Siyahının davamı belədir:

21 yaşlı hücumçu Anj-Yoan Bonni 23 milyon avro qarşılığında "Parma"dan İtaliyanın "İnter" klubuna keçib.  

23 yaşlı yarımmüdafiəçi Samuel Riççi 23 milyon avro qarşılığında "Torino" klubundan İtaliya "İnter"inə transfer olub. 

19 yaşlı sol cinah hücumçusu Xesus Rodriges 22.5 milyon avro müqavilində "Komo" klubunu İspaniyanın "Betis" klubuna dəyişib. 

24 yaşlı "Jonathan Burkardt"   21 milyon avro qarşılığında "Mainz"dən "Ayntraxt"a keçib. 

"Brayton" 20 milyon avro qarşılığında "Brügge"nin 24 yaşlı sol cinah müdafiəçisi Maksim De Kuyperi transfer edib.

"Feyenord"un yarımmüdafiəçisi Antoni Milambo 20 milyon avro təzminat qarşılığında "Feyenord"dan "Brentford"in heyətinə qatılıb. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər