"Mado"da uşağıma yemək aldım, içindən çıxana baxın"
Bakıda "Mado" restoranlar şəbəkəsində uşağı üçün yemək sifariş verən valideynin başına iş gəlib.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədəki "Müştəriyəm, şikayətim var" qrupunda paylaşım edən vətəndaşın sözlərinə görə, övladına məhz uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb. Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağabənzər hissəcik çıxıb.
Şikayətçi hadisənin adıçəkilən restoranlar şəbəkəsinin "Gənclik Mall" filialında baş verdiyini əlavə edib: "Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik qızıma uşaqlar üçün nəzərdə tutulan hamburqer sifariş etmişik. İçindən çıxana baxın".
İddialarla əlaqədar "Mado" ilə əlaqə saxlasaq da, sorğumuza yalnız yazılı şəkildə cavab verə biləcəklərini dedilər. Yazılı müraciətimizə isə hələ də cavab ala bilməmişik.
Bəs restoranda belə bir hal necə mümkün olub? Verilən qidaların keyfiyyətinə nəzarət olunmurmu?
Bu suallarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır: "Qeyd olunan məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən nəzarətə götürülüb. Müvafiq araşdırmalar aparılır.
Xahiş edirik ki, qida sahəsində bu cür neqativ hallarla rastlaşan istehlakçılar agentliyin 1003 qaynar xəttinə və ya E-Qidam mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırma və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur













