Bu tarixdən İSTİLƏR DÜŞÜR - Yay havası olacaq
İyulun ikinci ongünlüyünə qədəm qoysaq da, əsl yay havası özünü hələ indi-indi göstərməyə başlayır. Paytaxt Bakı bu səhəri gözlənilməz yağış və sərinliklə qarşılayıb.
BAKU.WS xəbər verir ki, sərin havalar sabahdan etibarən sona çatır, havalar sürətlə istiləşəcək.
Belə ki, sabah Bakıda 32 dərəcə isti gözlənilir, bazar günü isə termometrlər artıq 35 dərəcəni göstərəcək. Bu, son günlərin rütubətli və sərin havasından sonra şəhər sakinləri üçün ciddi istilik dalğası deməkdir.
Təkcə Azərbaycan deyil, regionun digər ölkələri də oxşar hava şəraiti ilə üz-üzədir. Türkiyənin bir çox bölgəsində istilik 40 dərəcəyə çatıb. Artıq yerli fövqəladə xidmətlər sakinləri diqqətli olmağa çağırır, xüsusilə yaşlılar və uşaqlar üçün risklərə qarşı tədbirlər görülür.
Rusiyada da mənzərə dəyişmir. Paytaxt Moskva bu gün 34-35 dərəcəlik havanın təsiri altındadır. İqlim mütəxəssisləri bunun tipik bir iyul havası olmadığını, qlobal iqlim dəyişikliyinin fəsadlarının daha aydın hiss edildiyini bildirirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir
-
DMM: Bəziləri Türkiyənin dövlət qurumlarının işinə kölgə salmağa çalışır
-
"Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər
-
İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
Azərbaycanda "Kipr günləri" keçiriləcək













