Həftəsonu 21-i əcnəbi olmaqla 1702 namizəd rezidentura imtahanı verəcək
Far.Az xəbər saytı

Həftəsonu 21-i əcnəbi olmaqla 1702 namizəd rezidentura imtahanı verəcək


Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 3-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.

"Far.Az" xəbər verir ki, imtahanda 1702 namizəd iştirak edəcək. Onlardan 1308 nəfər Azərbaycan, 394 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 700 nəfəri oğlan, 1002 nəfəri isə qızdır. 301 nəfər cari ilin, 760 nəfər əvvəlki illərin məzunudur. 641 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 21 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün, ümumilikdə 7 imtahan binası, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Oxşar xəbərlər

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - DİM-dən vacib açıqlama
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Rezidenturaya qəbul imtahanının nəticələri 2-3 gün ərzində elan ediləcək
Bu gün 54 247 abituriyent üçün imtahan keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər