Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
Far.Az xəbər saytı

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub


Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində iyunun 5-də Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək.

"Far.Az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, tədbir "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" mövzusu altında keçiriləcək.

Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreyada keçirilən tədbirdə qəbul edib.

Qeyd edək ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən Ümumdünya Ətraf Mühit Günü milyonlarla insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal platformadır.

Azərbaycan qorunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəaliyyətini davam etdirir. Ölkə, həmçinin Paris Sazişi tərəfi kimi emissiyaların azaldılması öhdəliyini götürüb və bərpa olunan enerji sahəsini genişləndirir.

COP29-a ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən Azərbaycan bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir.

Azərbaycan və BMT-nin Ətraf Mühit Proqramı bütün tərəfləri Ümumdünya Ətraf Mühit Gününə qoşulmağa və ətraf mühitin qorunması naminə birgə fəaliyyət göstərməyə dəvət edir.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər