DTX-dən ƏMƏLİYYAT: Azərbaycanlı "Vaqner"çilər həbs olundular
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədilib.
Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman "Vaqner" silahlı birləşməsinin rəhbəri olmuş Y. Priqojin tərəfindən şəxsən seçilərək cəzaların icrasından yayındırılmış və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb edilmişlər.
Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak etmiş, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstərmişlər. Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun, eyni zamanda Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.
Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













