Fazil Qasımovun məhkəməsində Qubad İbadoğlunun ifadə verməsi istənilib
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinyət işi üzrə məhkəmə prosesi keçirilib.
Far.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda Fazil Qasımovun müdafiəçiləri onun 76 gündür qida qəbul etmədiyini əsas gətirərək ev dustaqlığına və ya polis nəzarətinə verilməsi barədə vəsatət qaldırıblar.
Məhkəmə müşavirədən sonra vəsatəti qəbul etməyib.
Vəkillər məhkəmədə Qubad İbadoğlunun da şahid kimi ifadə verməsini istəyiblər.
Məhkəmə ittiham üzrə olan şahidlər dindirilənədək vəsatətə baxılmasını təxirə salıb.
Fazil Qasımov verilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə prosesi sentyabrın 19-dək təxirə salınıb.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













