Yaşar Gülər: Azərbaycan Ordusu Qafqazın sabitliyi üçün əvəzsiz qüvvə olduğunu sübut edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
Far.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Ankarada gerçəkləşən görüş zamanı Yaşar Gülər Azərbaycanın bütövlüyü, təhlükəsizliyi və əmin-amanlığı uğrunda böyük şücaət, qəhrəmanlıq və fədakarlıq göstərən şəhid ailələrinə başsağlığı verib.
“Azərbaycan əcdadlarımıza və tariximizə yaraşan şəkildə öz torpaqlarına sahib çıxıb. Türk milləti min illik şanlı tarixi boyunca özünün milli dəyərləri uğrunda hər cür fədakarlıq göstərmiş, hətta lazım gəldikdə canını belə fəda etmişdir. Azərbaycan türkləri də ürəklərində qanayan yara olan Qarabağın azadlığı üçün ata-babalarımıza yaraşaraq vətənini, haqqını və öz torpaqlarını qoruyub saxlayıblar”, – o əlavə edib.
Nazir Azərbaycan Ordusunun şanlı və silinməz tarix yazdığını vurğulayıb: “Onlar özlərinin döyüş qabiliyyəti ilə Qafqaz regionunun sabitliyi və təhlükəsizliyi üçün əvəzsiz qüvvə olduğunu sübut ediblər”.
Yaşar Gülər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə də toxunub: “Azərbaycan və Türkiyə tarixi, mədəni bağlarla bir-birinə bağlanan iki dövlət bir millətdir. Azərbaycanın gücü bizim gücümüz, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olmuşuq və bundan sonra da belə olacağıq”.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













