İki dövlət qəzetinin redaksiyalarının birləşmə prosesi əməkdaşlarına necə təsir edəcək?
Far.Az xəbər saytı

İki dövlət qəzetinin redaksiyalarının birləşmə prosesi əməkdaşlarına necə təsir edəcək?


Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyaları birləşdirilib.

Far.Az xəbər verir ki, sənədə əsasən, "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının birləşməsi yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

Bəs birləşmə prosesi bu qəzetlərin əməkdaşlarına necə təsir edəcək? İxtisarlar olacaqmı?

Oxu.Az-ın sualını cavablandıran "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev bildirib ki, bütün məsələlər Prezidentin Fərmanına uyğun şəkildə həll olunacaq:

"Heç bir əməkdaşın taleyi diqqətdən kənarda qalmayacaq. Fərmanda necə qeyd olunubsa, bütün addımlar da o istiqamətdə atılacaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər