ABF rəsmisi Vaqif Kazımov: "Heydər Əliyev kuboku-2026" turnirinə güclü boksçular qatılmışdı"
Yeniyetmə boksçular arasında keçirilmiş "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinə digər ölkələrin də güclü idmançıları qatılıb.
Bu barədə "Far.Az"a Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vaqif Kazımov açıqlama verib.
O, Bakıda təşkil olunmuş yarışla bağlı fikirlərini bölüşüb:
"Heydər Əliyev Kuboku" uzun illərdir ki, davam edən turnirdir. Bu yarışa Avropanın, Asiyanın ən güclü komandaları qatılır. Bu dəfə də belə oldu. İştirakçı ölkə bir qədər az idi. Lakin onların əksəriyyəti boksda nailiyyətlər əldə etmiş ölkələrdir. Azərbaycan boksçuları da yarışda yaxşı çıxış etdilər".
ABF rəsmisi bu turnirin Respublika birinciliyindən sonra ilk beynəlxalq yarışları olduğunu xatırladıb:
"Komanda oktyabrda Monteneqroda baş tutacaq Avropa birinciliyinə hazırlaşır. Bakıdakı ilk beynəlxalq turnirdə uğurlu çıxış etdik. Ümumilikdə 45 medal qazandıq. Azərbaycan yığması turniri 11 qızıl, 12 gümüş və 22 bürünc medalla bitirdi. Komanda hesabında millimiz birinci yeri tutdu və "Heydər Əliyev Kuboku"na sahib oldu. İkinci pilləyə Gürcüstan (4-2-4) yiyələndiyi halda, "üçlüy"ü Qazaxıstan (3-5-7) qapadı".
Vaqif Kazımov növbəti illərdə iştirakçı sayının artmasını istədiklərini sözlərinə əlavə edib:
"Daha əvvəlki yarışlara ABŞ təmsilçiləri də qatılıblar. Bu dəfə müəyyən səbəblərdən az ölkə gəldi. Amma komandaların keyfiyyəti sözünü dedi və Bakıda güclü idmançılar mübarizə apardılar. Gələn qonaqlar da təşkilatçığı bəyəndilər".
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Global Media Group şahmat turniri təşkil etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
-
SOCAR komandasının baş məşqçisi: "Böyükhesablı qələbə bizim üçün də sürpriz oldu"













