Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir?
Far.Az xəbər saytı

Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir?


Ali təhsil ocaqlarında təhsil alan birinci kurs tələbələri deyirlər ki, onların şəxsi razılığı olmadan hər ay təqaüdlərindən 3 manat çıxılır, bunun səbəbi özləri də bilmədən Tələbə Həmkarlar İttifaqı Komitəsinə məcburi üzv olmalarıdır.

"Təqaüdümüzdən tutulan pulun Tələbə Həmkarlar İttifaqı Komitəsinə köçürülməsi ilə razı deyiləm. Çünki bu məsələni qərarlaşdıranda məndən fikrimi soruşmayıblar. 3 manata belə ehtiyacı olan tələbələr var", ‒ deyə onlardan biri narazılığını bildirib.

Statistikaya görə, bu gün ali təhsil ocaqlarında 180 mindən çox tələbə təhsil alır. Onların 70 minə qədəri dövlət sifarişi ilə oxuyur. Təxminən 35 min tələbə hər ay təqaüd alır və nəzərə alsaq ki, hər ay bu məbləğdən 3 manat tutulur, bu isə ayda 100 min manatdan çox vəsaitin toplanması deməkdir.

Təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, tələbələrin sözügedən təşkilata üzv olması onların istəklərinə uyğun həyata keçirilməlidir: "Əgər tələbə məcburi olaraq bu təşkilata üzv olursa, öz istəyi ilə ərizə yazaraq oradan xaric olunmasını tələb edə bilər. Burada məcburiyyət qətiyyən yolverilməzdir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər