DİN sosial şəbəkədə şəxsi məlumatları xarici kiberbunkerlərə ötürən qrupu aşkarlayıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların şəxsi məlumatları əsasında kütləvi maliyyə dələduzluğu, ayrı-ayrı şəxslərin bank hesablarına saxta sorğular verməklə pul vəsaitlərini talayan şəxs əməliyyat-texniki tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, 34 yaşlı Qulamov Eldəniz Şayiq oğlu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə oğurluq əməllərində şübhəli bilinir.
Müəyyən olunub ki, E.Qulamov digər şəxslərlə birgə qabaqcadan əlbir olaraq müxtəlif sosial şəbəkə platformaları və messencer proqramları vasitəsilə vətəndaşların şəxsiyyət vəsiqələrini, pasportlarını və bank kartlarını əldə etməklə bir sıra cinayətkar əməllər törədib.
Cinayətkar fəaliyyətləri bununla məhdudlaşmayan şəxslər həmin sənədləri, bank kartlarının surətlərini kiber bunkerlərə transformasiyanı təşkil ediblər.
Əsasən "Facebook", "Instagram", "WhatsApp" üzərindən danışıqlar aparan cinayətkar qrup özlərini bank-maliyyə, lombard, humanitar yardım və dövlət təşkilatlarının nümayəndəsi kimi təqdim etməklə fəaliyyət göstəriblər.
O da müəyyən olunub ki, Azərbaycanda fəaliyyət göstərən bankların vəzifəli şəxslərinin fotolarını saxta profillərə yerləşdirməklə özlərini bank əməkdaşı kimi təqdim edib, vətəndaşların üz görüntülərinin videoqeydiyyatı aparılıb. Bu və digər üsullarla vətəndaşlara vurulan zərər 300 min manatdan artıqdır.
Hazırda cinayət işi üzrə şübhəli şəxs və istintaqla şəxsiyyəti müəyyən olunan digərləri ilə bağlı tədbirlər davam edir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb













