Bu yolda hərəkət bərpa olunub
Far.Az xəbər saytı

Bu yolda hərəkət bərpa olunub


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində apardığı təmir-bərpa işlərini yekunlaşdırıb.

BAKU.WS agentliyə istinadən xəbər verir ki, təmir-bərpa işləri çərçivəsində yol yatağında zəruri torpaq işləri görülüb, hamarlama və yol örtüyünün bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə ərazidə drenaj sistemi qurulub. Səth və yağış sularının kənarlaşdırılması üçün suötürücü borular quraşdırılıb.

Sabah Bakıda bu yol bağlanır Sosial Sabah Bakıda bu yol bağlanır

Həyata keçirilən tədbirlər nəticəsində yolun hərəkət hissəsində su yığılması probleminin aradan qaldırılması, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin minimuma endirilməsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün daha əlverişli şəraitin yaradılması təmin edilib.

Beləliklə, Hökməli–Qobu–Güzdək avtomobil yolunun sözügedən hissəsində təmir-bərpa işləri başa çatdırılıb və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Qobu Park" yaşayış kompleksində şərti yanğın təlimi keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb
Hökməli–Qobu–Güzdək yolunda təmir işləri başa çatıb, hərəkət bərpa olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər