SOCAR tarixində ilk dəfə olaraq investisiya oluna bilən dərəcədə iki reytinq əldə edir
SOCAR tarixində ilk dəfə olaraq investisiya oluna bilən dərəcədə 15/7/2025 11 iyul 2025-ci il tarixində "Moody"s" Beynəlxalq Reytinq Agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini Baa3 (sabit) dərəcəsinə yüksəldib.
BAKU.WS xəbər verir ki, SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir.
Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib.
Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. "Moody"s"in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir.
Qeyd edək, ötən il "Fitch" Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən (https://www.fitchratings.com/research/corporate-finance/fitch-upgrades-socar-to- bbb-outlook-stable-08-08-2024).
Bundan əlavə, SOCAR ötən il özünün COP28 zamanı elan olunan dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək MSCI tərəfindən BBB ESG (Environment, Social and Governance – Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi alıb(https://socar.az/az/post/msci-beynelxalq-reytinq-agentliyi-socar-a-esg-uzre-bbb- ilkin-reytinqini-verib) "Moody"s" 2010-cu ildən SOCAR ilə kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı Baa3 reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir:
Redaktor üçün qeydlər:
-İnvestisiya oluna bilən kredit reytinqləri borcalana bir neçə üstünlüklər təmin edir: o SOCAR-ın investisiya oluna bilən dərəcədə olan reytinq statusunu təsdiqləmək
-Şirkətin təkcə risksevər (risk-seeking) deyil, həm də riskə meyilli olmayan (risk-averse) investorları cəlb etməsinə imkan yaratmaq
-Həm yerli, həm də beynəlxalq kapital bazarlarında istiqraz emissiyaları zamanı daha çox potensial sərmayədarları cəlb etməklə likvidliyə çıxışı yaxşılaşdırmaq o Qiymətli kağızların buraxılışı zamanı müqayisədə daha aşağı faiz ilə yerləşdirmək
Daha aşağı faizlə yerləşdirmə imkanının gələcək buraxılışlar üçün istinad nöqtəsi olması "Moody"s" 1909-cu ildə Con Moodi tərəfindən təsis olunub və ABŞ-nin Nyu- York şəhərində yerləşir.
Şirkət korporativ maliyyə, dövlət borcu və strukturlaşdırılmış maliyyə daxil olmaqla müxtəlif sahələr üzrə kredit reytinqləri, tədqiqatlar və risk analizləri təqdim etməkdə ixtisaslaşmışdır. "Moody"s" tərəfindən verilən önəmli reytinqlər investisiya qərarlarına və borclanma xərclərinə təsir edərək bazar iştirakçıları üçün əhəmiyyətli təsirlərə malikdir.
"Moody"s"in tam açıqlaması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://www.moodys.com/research/Moodys-Ratings-upgrades-SOCARs-rating-by- assigning-a-Baa3-issuer-Rating-Action--PR_509642#Related-Entities
Oxşar xəbərlər
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb













