"ASAN xidmət" Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimini reallaşdırıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və "PashaPay" şirkətinin birgə təşkilatçılığı ilə "Media nümayəndələrinin fəaliyyətində süni zəka" mövzusunda növbəti təlim proqramı təşkil edilib.
Quba regional "ASAN xidmət" mərkəzində baş tutan tədbir 22 İyul - Milli Mətbuat Gününə həsr olunub. Proqramda ölkəmizin müxtəlif media qurumlarını təmsil edən 60-a yaxın şəxs iştirak edib.
Əsas məqsəd media nümayəndələrinin fəaliyyətində süni zəka texnologiyalarından səmərəli istifadəyə dəstək göstərmək, informasiya istehsalında innovativ və yaradıcı yanaşmaların tətbiqinin təşviqinə nail olmaqdır.
Açılış mərasimində ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətlərindən söz açılıb eləcə də təlim proqramının əhəmiyyəti diqqətə çatdırılıb. Sonra iştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər, çatışmazlıq və inkişaf perspektivləri barədə məlumat verilib.
Həmçinin real nümunələr və vörkşoplar əsasında süni zəkanın tətbiqi mənimsənilib. Təlimin gedişində iştirakçılar "Biz birlikdə güclüyük" devizi ilə "Komanda işində birlik!" mövzusunda art terapiya seansında bir araya gəliblər.
İnteraktiv müzakirə və dialoq formatında baş tutan təlimdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb













