AAYDA: Bakının İzmir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Far.Az xəbər saytı

AAYDA: Bakının İzmir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Bu gün saat 23:00-dan, 15 may saat 24:00-dək Bakının İzmir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Far.Az" bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyətin tətbiqi Yasamal rayonu, İzmir küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tbilisi prospektinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədardır.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Oxşar xəbərlər

Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
DİQQƏT - Bayram günlərində Bakıda bu 42 yol təmir olunacaq - SİYAHI
Bərbad vəziyyətə düşən yollardan ŞİKAYƏT
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər