Elizabetta Falçetti: "EBRD Gəncə üçün 120 milyon avroluq ikinci kreditin ayrılması üzərində işləyir"
Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avro həcmində ikinci kreditin ayrılmasına hazırlıq işlərini aparır.
Bu barədə "Far.Az"a müsahibəsində EBRD-nin Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabetta Falçetti bildirib.
E. Falçetti qeyd edib ki, Azərbaycan EBRD-nin "Yaşıl şəhərlər" proqramında mühüm yer tutur.
"Gəncədə biz "Yaşıl şəhər" Fəaliyyət Planının hazırlanmasına - ölkənin əhali sayına görə ikinci böyük şəhərində ekoloji cəhətdən daha sağlam, dayanıqlı və daha rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın hazırlanmasına dəstək veririk.
Eyni zamanda, biz bərk məişət tullantılarının idarə edilməsi, küçə işıqlandırmasının modernləşdirilməsi və su infrastrukturunun inkişafı sahəsində kapital qoyuluşlarına töhfə veririk. Hazırkı mərhələdə proqram planlaşdırma mərhələsindən praktiki icra fazasına keçid edir. 35 milyon avro məbləğində ilk kredit sazişinin imzalanmasının ardınca Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avroluq kreditin ayrılmasına hazırlıq gedir. İnvestisiya proqramı təxminən 410 milyon avro məbləğində qiymətləndirilir ki, bu da qarşıya qoyulmuş vəzifələrin miqyasından xəbər verir", - EBRD-nin idarəedici direktoru deyib.
E. Falçetti vurğulayıb ki, EBRD həmçinin Gəncədən kənarda da dayanıqlı infrastruktur layihələrini maliyyələşdirmək niyyətindədir.
"Xüsusilə, bu il Şəkidə su təchizatı, çirkab və yağış suları infrastrukturunun inşası və bərpası üçün 91 milyon avro məbləğində kredit sazişinin imzalanması planlaşdırılır. Bakıda və Abşeron yarımadasının ərazisində 3 milyondan çox sakinə xidmət göstərən su təchizatı sisteminin təkmilləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Paralel olaraq bankın paytaxtda uzun müddət çirklənməyə məruz qalmış ərazilərin bərpasında iştirakı imkanları araşdırılır. Məqsəd ekoloji cəhətdən zərər çəkmiş ərazilərin yerli icmalar və investisiyalar üçün daha sağlam və cəlbedici məkanlara çevrilməsinə şərait yaratmaqdır", - o əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Elizabetta Falçetti: "EBRD Azərbaycanın nəqliyyat layihələrinin uzunmüddətli maliyyələşdirilməsinə hazırdır" - MÜSAHİBƏ
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb












