Buzovnada dənizdə batma təhlükəsi olan 21 yaşlı oğlan xilas olunub
Far.Az xəbər saytı

Buzovnada dənizdə batma təhlükəsi olan 21 yaşlı oğlan xilas olunub


Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.

FHN-in Mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Məmmədov Heydər Şaiq oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər