Bakıda yeni avtobus parkı salınacaq - 13 milyonluq LAYİHƏ
Far.Az xəbər saytı

Bakıda yeni avtobus parkı salınacaq - 13 milyonluq LAYİHƏ


Paytaxtda ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılır. Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Buzovna qəsəbəsində yeni avtobus parkının tikintisinə start verilir.

Far.Az xəbər verir ki, Albalılıq adlı ərazidə inşa ediləcək bu nəqliyyat mərkəzi "BakuBus" MMC tərəfindən həyata keçiriləcək layihələrdən biridir.

Şirkət artıq tikinti ilə bağlı texniki və inzibati işləri tamamlayaraq, icraçı qurumla rəsmi müqavilə bağlayıb.

Tikinti işləri "Bakıyaşayıştikinti" şirkətinə həvalə olunub. Layihənin ümumi dəyəri isə 12 milyon 922 min 360 manat təşkil edir.

Yeni avtobus parkı, şəhər daxilində sərnişindaşıma xidmətlərinin daha effektiv və müasir şəkildə təşkili məqsədilə nəzərdə tutulur.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər