Azərbaycan və Somali XİN başçıları arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycan və Somali XİN başçıları arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB


Azərbaycan və Somali xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Həmçinin, BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq barəsində danışıqlar aparılıb.

Qeyd edilib ki, iki ölkə arasındakı son səfərlər və imzalanmış sazişlər Azərbaycan və Somali arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.

*** 11:48

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.

Far.Az xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.

Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir. İkitərəfli münasibətlər, regional proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının 28-ci iclasında çıxış edib, “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul olunub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər