Azərbaycan neftinin qiyməti 70 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,22 ABŞ dolları, yaxud 1,76 % artaraq 70,41 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,80 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,26 ABŞ dolları və ya 1,86 % artaraq 69,16 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan neftinin qiyməti 69 dolları keçib
Azərbaycan neftinin qiyməti 68 dolları keçib
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
Azərbaycan neftinin qiyməti büdcədəki həddi keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq













