Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərə AĞIR CƏZA
Far.Az xəbər saytı

Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərə AĞIR CƏZA


Özlərini vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilənlər İlkin Babayev, Eldar Muradov və Mobil Həsənzadənin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər vrir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq Mobil Həsənzadə 7 il 10 ay, İlkin Babayev 8 il 9 ay azadlıqdan məhrum edilib. Eldar Muradova isə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

İstintaqla müəyyən edilib ki, İlkin Babayev, Eldar Muradov, Mobil Həsənzadə və digərlərinin qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin olunma, hüquq-mühafizə orqanlarında aparılan araşdırmaların dayandırılması, elmi dərəcələrin verilməsi və digər məsələlərin həllində köməklik göstərəcəklərinə dair yalan vədlər verərək ayrı-ayrı şəxslərin ümumilikdə 712 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.

Qeyd edək ki, təqsirləndirilənlərdən Mobil Həsənzadə va İlkin Babayev barəsində həbs qətimkan tədbiri, Eldar Muradov barəsində isə həbs olmayan qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər