Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kuçer Konstantin son söz deyib.
O, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıb.
Müşavirədən qayıdan hakimlər kollegiyasının hökmünə əsasən, Kuçer Konstantin ittiham olunduğu dələduzluq maddəsi ilə bəraət verilib. Ona qəti olaraq xuliqanlığa görə 1 il 6 ay cəza təyin edilib və şərti cəza verilib.
Kimler Konstantin məhkəmə zalından azadlığa buraxılıb.
Oleq Krapivinə isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, barəsində 6 ay sınaq müddəti seçilməklə cəza şərti hesab olunub. O, cəzası azadlıqda çəkəcək.
Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Hökmdə mənəvi ziyana görə hər iki şəxsdən 50 min manat tutularaq zərərçəkənə ödənilməsi ilə bağlı qərar qəbul edilib. Konstantin Kuçerin "GünayBank"-dakı hesabına qoyulmuş həbs götürülüb. Zərərçəkənin şirkətlərinə dəymiş ziyanla bağlı hissə baxılmamış saxlanılıb.
Oxşar xəbərlər
Oleq Bakinski barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı yenidən vəsatət verilib
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Oleq Bakinski" ilə birgə ittiham olunan Ukraynanın sabiq nazir müavininin İspaniyaya ekstradisiyasına baxılır
"Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













