Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarında daha 6 medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarında daha 6 medal qazanıblar


Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarında daha 6 medal qazanıblar.

Far.Az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, üçüncü yarış günündə 3 parataekvondoçumuz fəxri kürsüyə yüksəlib.

Amin Əliyev (K44, 63 kq) mübarizəyə yarımfinaldan start verib. İdmançımız yarımfinalda türkiyəli, finalda isə ispaniyalı rəqibini məğlub edərək qızıl medal qazanıb.

Amin Şıxalıyev (K44, 63 kq) və İmran Bağırov (K44, 70 kq) isə bürünc medala yiyələnib.

Uzunluğa tullanma üzrə pataatletimiz,14 yaşlı Ayşə Arabova (T11) 3.47 metr nəticə ilə iştirak etdiyi ilk beynəlxalq turnirdə qalib olub.

Paracüdoçumuz Hüseyn İsmayılzadə (J2, 70 kq) dairəvi formatda keçirilən yarışda türkiyəli və britaniyalı rəqiblərini məğlub edərək oyunlarının bürünc medalını qazanıb.

16 yaşlı paraüzgüçümüz Əli Vəliyev 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə yeniyetmələr arasında (2009-2010) bürünc medal əldə edib.

Qeyd edək ki, Milli Paralimpiya komandamız dünən Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanmışdı.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İkiqat paralimpiya çempionu İlham Zəkiyevin 45 yaşı tamam olur
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb – YENİLƏNİB-2
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər