Sabah 40° isti olacaq - HAVA PROQNOZU
İyulun 29-da Azərbaycanda 40 dərəcə isti gözlənilir.
Bu barədə Far.Az-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 28-dən 29-na keçən gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.
Oxşar xəbərlər
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlandı
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













