Bloomberg İranın ay ərzində istehsal edə biləcəyi raketlərin sayını açıqlayıb
Far.Az xəbər saytı

Bloomberg İranın ay ərzində istehsal edə biləcəyi raketlərin sayını açıqlayıb


İranın hərbi potensialına dair yeni qiymətləndirmələr Tehranın raket istehsalını davam etdirmək imkanlarını qoruduğunu göstərir. Ölkənin hərbi sənayesinə endirilən zərbələrə baxmayaraq, İranın aylıq 50-yə yaxın ballistik raket istehsal edə biləcəyi bildirilir.

BAKU.WS xəbər verir ki, "Bloomberg" nəşri Qərb kəşfiyyatının məlumatlarına əsaslanaraq İranın arsenalında 1 700-dən çox ballistik raketin qaldığını yazıb.

Məlumata görə, Tehran mövcud raket ehtiyatlarını artırmaq niyyətindədir. Bununla belə, İranın raket və "Shahed" tipli PUA-larının ümumi sayını dəqiq müəyyənləşdirmək mümkün deyil. Xüsusilə müharibədən əvvəlki silah ehtiyatları və məhv edilmiş raketlərin bərpası ilə bağlı qeyri-müəyyənliklər mövcuddur.

Nəşrin hesablamalarına əsasən, fevralın 28-dən indiyədək İran azı 2 200 ballistik raket və 4 900-dən çox pilotsuz uçuş aparatı istifadə edib. ABŞ-nin isə "Patriot" hava hücumundan müdafiə sistemlərində tətbiq olunan təxminən 1 000 PAC-3 raket-interseptorunu sərf etdiyi bildirilir.

Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa çağırdığı qeyd olunur. Bununla yanaşı, Vaşinqtonda və Yaxın Şərqdə münaqişənin yenidən alovlanmasının qarşısını almaq və tərəfləri danışıqlara yönəltmək cəhdləri davam edir.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər