Qəlb qırıqlığı insanı öldürə bilər?
Danimarkada aparılan bir araşdırma yaxınlarını itirib uzun müddət yas tutan insanların ölüm riskinin demək olar ki, iki dəfə artdığını ortaya qoyub. Mütəxəssislər bunun əsas səbəbləri arasında ürək-damar xəstəlikləri və psixoloji problemlərin olduğunu bildirirlər.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə, yaxınını itirdikdən sonra ağır yas yaşayan şəxslərin ölüm riski, bu prosesi daha yüngül keçirənlərlə müqayisədə 88 faiz daha yüksəkdir.
Alimlər qeyd edir ki, illərlə yas keçirənlər daha çox tibbi yardıma ehtiyac duyur, psixoloji problemlərə isə daha açıq olurlar.
Tədqiqatçılardan doktor Mette Kjargaard Nielsen deyib ki, "Yüksək səviyyədə kədərlənmək ürək xəstəlikləri, intihar riski və psixoloji pozuntularla əlaqəlidir. Lakin bunun ölüm riski üzərindəki təsiri daha dərindən araşdırılmalıdır". O, risk altında olan şəxslərin ailə həkimləri tərəfindən erkən mərhələdə müəyyən edilərək psixoloji dəstəyə yönləndirilə biləcəyini vurğulayıb.
Araşdırma çərçivəsində 2012-ci ildən etibarən yaxınlarını itirmiş, yaş ortalaması 62 olan 1735 nəfər 10 il ərzində izlənilib. Onlara mütəmadi anketlər göndərilərək yas simptomlarının səviyyəsi qiymətləndirilib.
İştirakçıların 66 faizi həyat yoldaşını, 27 faizi valideynini, 7 faizi isə çox sevdiyi başqa bir yaxınını itirib. Uzunmüddətli və yüksək səviyyədə yas yaşayan 6 faiz iştirakçının ölüm riski digərlərinə nisbətən 88 faiz çox olub.
Yasın üçüncü ilindən sonra ağır yas yaşayan şəxslərdə tibbi xidmətlərdən istifadə əhəmiyyətli dərəcədə artıb. Belə şəxslərin psixoloji yardım alma ehtimalı 186 faiz, antidepresant istifadəsi 463 faiz, sakitləşdirici dərman resepti alma ehtimalı isə 160 faiz yüksək olub.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













