Şizofreniyanın müalicəsi tapıldı – Fransızlardan yeni kəşf
Far.Az xəbər saytı

Şizofreniyanın müalicəsi tapıldı – Fransızlardan yeni kəşf


Fransız tədqiqatçılar şizofreniyanın müalicəsi üçün lamalardan alınan xüsusi antikorlardan istifadə ediblər.

BAKU.WS xəbər verir ki, "Nanokor" adlanan bu zülallar beyindəki sinir ötürülməsini tənzimləyən maddələrə təsir edir. Nanokorlar qan-beyin baryerini keçərək birbaşa beyin hüceyrələrinə çatmağı bacarıb. Siçanlar üzərində aparılan təcrübələrdə bu molekulun yaddaş və düşünmə qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı sübut olunub.

Alimlər bir inyeksiyanın belə bir həftəyə qədər təsir göstərdiyini bildiriblər. Yeni üsul mövcud dərmanlardan fərqli olaraq yalnız simptomları azaltmır, həm də zehni çatışmazlıqları bərpa edə bilir. Hazırda bu üsulun insanlar üzərində testlərinə hazırlıq gedir.

Tədqiqatçılar nanokorların gələcəkdə digər nevroloji xəstəliklərin müalicəsində də istifadə olunacağını düşünür. Lamaların daha əvvəl COVID-19 ilə mübarizədə də effektiv antikorlar verdiyi məlum idi. Bu yenilik beyin xəstəliklərinin müalicəsində yeni dövrün başlanğıcı ola bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər