Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Far.Az xəbər saytı

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?


Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maaş alırlar.

Bəs əməkhaqqıları arasındakı bu fərqin əsas səbəbi nədir?

İqtisadçı ekspert Emin Qəribli bildirib ki, Azərbaycanda qadın və kişilərin əməkhaqqıları arasındakı fərq əsasən məşğulluq strukturundan qaynaqlanır.

Onun sözlərinə görə, ölkədə daha yüksək əməkhaqqı təklif olunan neft hasilatı sahəsində çalışanların əksəriyyətini kişilər təşkil edir.

Ekspert qeyd edib ki, qadınlar daha çox təhsil və səhiyyə kimi əməkhaqqı səviyyəsi nisbətən aşağı olan sahələrdə çalışırlar. Yüksək texnologiyalar və digər yüksəkgəlirli sektorlarda da kişilərin təmsilçiliyi daha çoxdur.

Bu amillər ümumi əməkhaqqı göstəricilərində fərqin yaranmasına təsir edir.

İqtisadçı hesab edir ki, əmək bazarında bərabər imkanların genişləndirilməsi üçün beynəlxalq standartların tətbiqi, müəssisələrdə müvafiq monitorinqlərin aparılması və qadınların yüksəkgəlirli sahələrdə təmsilçiliyinin artırılması vacibdir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər