Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib
Gələn il Azərbaycanda dənli və dənli paxlalı bitkilərin istehsalının 3 milyon 566,8 min tona çatacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.
Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozu ilə müqayisədə 0,9 % çoxdur.
Sənədə əsasən, 2028-ci ildə Azərbaycanda dənli və dənli paxlalı bitkilərin istehsalı 3 milyon 769,1 min ton olacağı proqnozlaşdırılır ki, bu da 2027-ci ilin proqnozuna nisbətən 5,6 % çoxdur.
2029-cu ildə dənli və dənli paxlalı bitkilərin istehsalı 3 milyon 856,2 min ton, 2030-cu ildə isə 3 milyon 940,1 min ton təşkil edəcək.
Qeyd olunan dövrdə bu məhsulların tərkibində buğda istehsalının gələn il 1 milyon 599,1 min ton təşkil edəcəyi gözlənilir ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 10 % azdır.
2028-ci ildə buğda istehsalının 1 milyon 784,4 min ton olacağı nəzərdə tutulur ki, bu da 2027-ci ilin proqnozuna nisbətən 11,5 % çoxdur. 2029-cu ildə buğdanın istehsalı 1 milyon 862,8 min ton, 2030-cu ildə isə 1 milyon 932 min tona qədər artacağı gözlənilir.
Bundan başqa, həmin illərdə ölkədə çəltik istehsalının da artacağı planlaşdırılır. Belə ki, bu göstərici 2027-ci ildə 21,5 min ton nəzərdə tutulur ki, 2026-cı ilin proqnozu ilə müqayisədə 5,9 % çoxdur.
2028-ci ildə isə çəltik istehsalının 21,6 min ton olacağı gözlənilir ki, bu da 2027-ci il proqnozu ilə müqayisədə 0,5 % çoxdur. 2029-cu ildə çəltik istehsalının 21,7 min ton, 2030-cu ildə isə 21,8 min ton səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2026-cı il proqnozlarına əsasən, ölkədə dənli və dənli paxlalı bitkilərin istehsalı 3 milyon 533,9 min tona çatacağı gözlənilir. Bu, 2025-ci ilin proqnozu (3 milyon 430,9 min ton) ilə müqayisədə təxminən 3 % çoxdur. Buğda istehsalı 2026-cı ildə 1 milyon 776,5 min ton, çəltik istehsalı isə 20,3 min ton səviyyəsində gözlənilir.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %, bitkiçilik məhsullarının istehsalı isə 1,2 % çoxalıb. Məhsulun 50,2 %-i bitkiçiliyin, 49,8 %-i heyvandarlığın payına düşüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













