Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır
Çin Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü və Çinin Yaponiya işğalından azad edilməsinin 80 illiyinə həsr olunmuş tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mey deyib.
Diplomat həmçinin vurğulayıb ki, rəsmi Pekin hər iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır.
"Diplomatik münasibətlərin qurulmasından bəri keçən 33 il ərzində Çin-Azərbaycan əlaqələri sabit inkişaf dinamikası nümayiş etdirib. Müxtəlif sahələrdə səmərəli əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsinə güclü təkan verib və hər iki ölkənin xalqlarına nəzərəçarpacaq faydalar verib.
Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cin və Azərbaycan Prezidenti Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq yaradılması haqqında birgə bəyanatı imzalayıb. Bu sənəd ikitərəfli münasibətlərin inkişafında yeni tarixi fəsil açdı", - o vurğulayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













